“Ölkələrin iqtisadi inkişafı və rifahının artmasına təkan verəcək”

media-hightechnic-468x90

xelef_xelefAzərbaycan Xəzər dənizinin statusu haqqında məsələnin bütün Xəzəryanı dövlətlərin suverenliyi və qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində həllinin tərəfdarıdır. Bunu Xəzəryanı ölkələrin xarici  işlər nazirləri müavinlərinin 39-cu toplantısında XİN rəhbərinin müavini Xələf Xələfov deyib.

media-banner_tkm

O bildirib ki, ötən il keçirilən Həştərxan sammitində prezidentlərin qəbul etdiyi bəyannamə konvensiyada nəzər alınacaq: “Regional təhlükəsizlik və ölkələrarası regional stabillikdə əminliyin olduğunu vurğulamaq istərdim”.

X.Xələfov qeyd edib ki, Xəzər dənizinin  nəqliyyat dəhlizlərində və bir sıra beynəlxalq layihələrdə vacib rol oynayır: “Bu mənada Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən layihələr, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı-Tbilisi-Әrzurum qaz xәttini qeyd etmәk istәrdim”.

Nazir müavini bildirib ki, adıçəkilən layihələr ölkələrin iqtisadi inkişafı və rifahının artmasına təkan verəcək(azadinform).

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05