Ölkənin ilk qadın prezidenti
Tarixində ilk dəfə qadın namizəd Xorvatiyada prezident seçkilərinin qalibi olub.
Ölkəni növbəti beş ildə müxalifətdən olan 46 yaşlı Kolinda Qrabar Kitaroviç idarə edəcək. O, yanvarın 11-də baş tutan seçkilərdə rəqibinə minimal hesabla qalib gəlib.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Qrabar Kitaroviç seçki məntəqələrinin 99, 70 faizindən 50, 43 faiz səs toplayıb(qafqazinfo).