Ölkəyə zərərli dərmanlar gətirilir-SOS

media-hightechnic-468x90

yenicag_adil_qeybullaAdil Qeybulla: “Dövlət Farmakopeyası və Dərman Maddələrinin Dövlət Reyestri formalaşmayana qədər…”

“Ümumi klinik müşahidələrə əsasən söyləmək olar ki, Azərbaycan bazarındakı dərman preparatlarının 30 faizinin keyfiyyəti aşağı səviyyədədir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında tibb elmləri doktoru Adil Qeybulla dedi: “Ölkəmizə gətirilən dərmanlar arasında, keyfiyyətli və keyfiyyətinə müəyyən şübhələrin olduğu dərmanlar da var. Bu da dərman bazarındakı müəyyən boşluqlarla bağlıdır. Üçüncü ölkələrdən gətirilən, bəzən istehsal yeri müəmmalı olan dərmanlar var ki, onların keyfiyyətinə güvən yoxdur. Bu dərmanlar müalicə prosesində də özünü göstərir. Həmin dərmanların müalicə prosesində effekti hiss olunmur. Dərman bazarının qaydaya salınması üçün ölkədə bəzi işlər görülür. Amma, Dövlət Farmakopeyası və Dərman Maddələrinin Dövlət Reyestri formalaşmayana, habelə idxala və dövriyyəyə icazə verilən dərmanların adı ictimaiyyətə açıqlanmayana qədər məsələdə şübhələr qalmaqda davam edəcək. Genefondun təhlükəsizliyi üçün Ümumdünya Səhiyyə Təşkilatının Dövlət Reyestrində qeydiyyatdan keçən dərmanlardan istifadə etməliyik. Gətirilən keyfiyyəti aşağı dərmanlar arasında antibiotiklər də genişdir”.

Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600