!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Ölsəm bağışla” - Kinomuzun Ocaqov ZİRVƏSİ

!Reklam – Yazi

XX əsrin ən böyük rejissoru kimi adını kino tarixinə əbədi yazdırdı. Romantikadan uzaq, realist üslubda filmlərə ekran həyatı verdi. Qəhrəmanlarını da real həyatdan seçirdi. Elə ona görə də bu gün də sevilir o filmlər – “Tütək səsi”, Otel otağı, “Ad günü”, “Bağlı qapı”, “Özgə ömür”, “Park”, “Ölsəm bağışla”, “Həm ziyarət, həm ticarət”, “İstintaq”… 

Məşhur kinorejissor Rasim Ocaqovun xatirə günüdür. Zamana sığışmayan və bu gün də filmləri ilə ömrünü davam etdirən Ocaqovun arzuladığı, amma çəkə bilmədiyi filmlər də var idi. Çəkə bilmədi. Ona görə ki, sağlamlığı ona əl vermədi.

Hərdən fikirləşirəm ki, bu gün Rasim Ocaqov sağ olsaydı, Qarabağ zəfəri ilə bağlı ən möhtəşəm filmi çəkərdi. O film nəinki Azərbaycan, dünya kinosu üçün bir sənət incisinə çevrilərdi.

Ocaqov kimi rejissorların yoxluğudur ki, bu gün kinomuzdakı boşluqlar bir az da dərinləşib. Yoxdu, çəkilmir daha o çəkən filmlərdən. Qarabağ zəfəri ilə dünyaya səs saldıq. Qələbəmizin üstündən 4 ilə yaxın zaman keçib, amma hələ ki, ortada bir sanballı film yoxdur. Hələ ki, özünü kinoya aid edən insanlar yalnız danışır, başları vəzifə bölgüsünə qarışıb. Kinomuz gözümüz önündə “böyrü üstə” qalıb, elə sənətkarların dediyi kimi, kinomuz rəhmətə gedib, üstündə ağlayanı yoxdur.

Bax belə boşluqları, uçurumu görəndə Ocaqov kimi rejissorlarımız daha çox xatırlanır. Kinomuzun gözəl səhifələri də elə sizin adınızla qapandı. Yoxdur, yetişmir, sizin kimi rejissorların yenidən var olması üçün yəqin ki, kinosevərlər hələ çox zaman gözləməli olacaq.
Zamana sığışmayan böyük rejissor, dostlarının Ocaqov deyə, müraciət etdiyi Rasim Ocaqov yaxşı ki bu filmləri bizə yadigar qoyub getmisiniz. Anım gününüzdə sizi sevgiylə anırıq.

Cəvahir

COP29

www.yenicag.az

277
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv