Ölüm hökmünün ləğvindən 17 il keçir…

media-hightechnic-468x90

1351655945_tarixde-bu-gun-kopiya_656455242013df9Tarixdə bu gün: 10 fevral

Tarixdə bu gün fevralın 10-da Milli Məclis prezident Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə Azərbaycanda ölüm hökmünün ləğv edilməsi haqqında qanun qəbul edib, Rusiya ilə İran arasında ikinci müharibənin (1826-1828) yekunlarına əsasən, Türkmənçay sülh müqaviləsi bağlanıb, monqollar Bağdadı ələ keçirib.

1258 — Monqollar Bağdadı ələ keçirib və Abbasilər xilafəti süquta uğrayıb.

1763 — Parisdə imzalanan sazişlə Yediillik müharibəyə son qoyulub və Fransa Şimali Amerikadakı müstəmləkələrinin böyük bir hissəsini Böyük Britaniyaya verib.

1828 – Rusiya ilə İran arasında ikinci müharibənin (1826-1828) yekunlarına əsasən, Türkmənçay sülh müqaviləsi bağlanıb. Təbrizin 50 km-dəki Türkmənçay kəndində Rusiya tərəfdən general İvan Paskeviç, İran tərəfdən isə şahzadə Abbas Mirzənin imzaladığı müqaviləyə əsasən, Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları Rusiyaya birləşdirilib. Türkmənçay müqaviləsi ilə Azərbaycan torpaqlarının Rusiya və İran arasında Araz çayı boyunca bölüşdürülməsi başa çatıb. Türkmənçay müqaviləsində İrandan erməni əhalisinin Rusiya imperiyasının yeni torpaqlarına (İrəvan, Naxçıvan, Qarabağ və s.) köçməsi, İranın Rusiyaya təzminat (20 mln.rubl) ödəməsi, Rusiya donanmasının Xəzərdə şəriksiz hakim olması və rus tacirlərinin İranda ticarət güzəştləri əldə etməsi barədə maddələr də olub.

1931 — Dehli Hindistanın paytaxtı olub.

1992 – Azərbaycanla Meksika arasında diplomatik münasibətlər qurulub.

1998 – Milli Məclis prezident Heydər Əliyevin qanunvericilik təşəbbüsü ilə Azərbaycanda ölüm hökmünün ləğv edilməsi haqqında qanun qəbul edib.

2006 – Paris yaxınlığındakı Rambuye qəsrində Azərbaycan və Ermənistan prezidentləri arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı növbəti danışıqlar raundu başlayıb. Fransa prezidenti Jak Şirakın vasitəçiliyi ilə iki gün sürən danışıqlar erməni tərəfin qeyri-konstruktivliyi üzündən müsbət nəticə verməyib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600