!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ombudsman Aparatının əməkdaşları DQ-nin Ali Hərbi Məktəbinə və N saylı hərbi hissəyə baş çəkdilər

!Reklam – Yazi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın fəaliyyəti çərçivəsində, tədbirlər planına müvafiq olaraq, Ombudsman Aparatının əməkdaşları Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə və Bakı şəhəri Nərimanov rayonunda yerləşən N saylı hərbi hissəyə başçəkmə həyata keçiriblər.

Ombudsman Aparatından Yenicag.az-a verilən xəbərə görə, başçəkmə zamanı hər iki müəssisənin tibb məntəqəsinə, yeməkxanasına, mətbəxinə, ərzaq anbarlarına, əsgər yataqxanasına, sanitar qovşağına, məişət otaqları və digər obyektlərinə baxış keçirilib. Şəxsi heyət üçün yaradılmış şərait, hərbi qulluqçuların yaxınları ilə əlaqə saxlaması üçün quraşdırılmış taksafon aparatının olması, hərbi qulluqçularla aparılan vətənpərvərlik və ideoloji işlərin keyfiyyəti yerində öyrənilib.

Başçəkmə çərçivəsində Ali Hərbi Məktəbin və N saylı hərbi hissənin şəxsi heyətinə, habelə gənc əsgərlərə Ombudsmanın səlahiyyətləri və hərbi qulluqçuların hüquqlarının müdafiəsi sahəsində gördüyü işlərə dair, 24 saat ərzində xidmət göstərən 916 “Çağrı Mərkəzi” barədə məlumat verilib, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.

Sonda hərbi qulluqçuların hüquqlarının daha səmərəli qorunması, şəxsi heyətlə vətənpərvərlik hissinin gücləndirilməsi sahəsində aparılan işlərin artırılması üçün hərbi hissə komandanlığına müvafiq tövsiyələr verilib.

www.yenicag.az

381
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv