!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ombudsmanın hesabatına irad tutuldu

!Reklam – Yazi

images“Ombudsmanın hesabatı mükəmməl hazırlanıb. İllik məruzədən görünür ki, hüquq-mühafizə orqanları ilə əməkdaşlıq yüksək səviyyədə qurulub”.

Milli Məclisin iclasında çıxış edən deputat Musa Qasımlı Ombudsman Elmira Süleymanovanın 2014-cü il üzrə illik məruzəsinə münasibət bildirərkən deyib. O qeyd edib ki, Ombudsman Aparatı vətəndaşların etimadını qazanıb. Musa Qasımlı bir məsələnin hesabatda öz əksini tapmamasına da diqqət çəkib: “Dünyadakı bəzi təşkilatlar, QHT-lər Azərbaycanda guya insan hüquq və azadlıqlarının pozulmasına dair hesabat hazırlayırlar. Yaxşı olardı ki, bu məsələlər də Ombudsmanın hesabatında öz əksini tapaydı”.

Deputat Musa Quliyev isə Ombudsmanın hesabatına irad bildirib. O, Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində dinamik işlərin getdiyini, dövlət və hökumət bu istiqamətdə lazımı tədbirlər gördüyünü qeyd edib: “Hesab edirəm ki, insan hüquq və azadlıqlarının qorunması ikitərəfli işdir. Bu məsələdə həm hüquq-mühafizə orqanları, həm də vətəndaşlar özləri xüsusi rol oynamalıdır. Təcrübə göstərir ki, öz hüquqlarını bilən şəxsin hüquqlarını pozmaq mümkün olmur. Ancaq hesabatda həbs edilən hüquq müdafiəçilərinin, siyasi fəaliyyəti olan insanların və mətbuatda işləmiş, sonradan həbs edilən şəxslərin adları xüsusilə qeyd edilib. Təbii ki, bu şəxslər törətdiyi konkret cinayətə görə həbs edilib. Hesab edirəm ki, ya onların adları xüsusilə qeyd edilməməlidir, ya da bütün müraciət edən vətəndaşların adları hesabatda sadalanmalıdır”(modern.az).

www.yenicag.az

606
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv