“OneRepublic” konsertinə son 1 həftə

media-hightechnic-468x90

Aprelin 28-də dünyaşöhrətli “OneRepublic” qrupu ilk dəfə olaraq Bakı səhnəsində çıxış edəcək.

Bakı Kristal Zalında baş tutacaq möhtəşəm konsertə artıq cəmi 1 həftə qalıb.

Gəlin görək bu gecədə bizi nələr gözləyir?

“OneRepublic” konsertlərində həm musiqi, həm də emosiyalar zirvədə olur. “Apologize”, “Secrets”, “Counting stars”, “All the right moves”, “I ain’t worried” və digər məşhur trekləri canlı dinləmək fürsəti sizi gözləyir.

Qrupun vokalisti və əsas bəstəkarı Ryan Tedderin səhnə enerjisi isə gecəyə unudulmaz bir ruh qatacaq.

Konsertin texniki hazırlığı da böyük diqqətlə həyata keçirilir. Tədbirin ümumi təşkilatçıları -“iTicket Production” və “Dream Group International” şirkətləridir. Səhnə dizaynı, işıq və səs həlləri kimi texniki detallara isə “A+A Events” komandasının peşəkar heyəti cavabdehdir. Hər bir element üzərində incəliklə çalışılır ki, tamaşaçılar həm vizual, həm də səs baxımından mükəmməl bir şou yaşasınlar.

Qrupun bu il təqdim etdiyi “Artificial paradise” albomundan da yeni ifalar gözlənilir. Həm nostalji dolu, həm də tam yeni bir musiqi palitrası bu gecədə birləşəcək.

Biletlərin böyük hissəsi artıq satılıb. Son fürsətləri qaçırmamaq üçün iTicket.az saytına və ya şəhər kassalarına müraciət etməyə tələsin. Konsert günü yaxınlaşdıqca yerlər məhdudlaşır.

Bu gecə musiqi ilə dolu, duyğularla zəngin və hər saniyəsi yaddaşda qalacaq bir şou vəd edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600