Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Onlayn ticarət, yoxsa alıcılara qarşı saxtakarlıq?

Son vaxtlar onlayn alış-veriş saytları və sosial şəbəkə səhifələrindən şikayətlər durmadan artır. Bəs bu cür hallarla qarşılaşmamaq üçün nələrə diqqət etmək lazımdır?

Yenicag.az xəbər verir ki, mövcud qanuna görə 5 gün müddətində istehlakçının hüququ var ki, malı dəyişsin və ya qaytarsın. Həmçininbu cür hallarla qarşılaşan istehlakçılar İqtisadiyyat nazirliyinə müraciət edə və ya Azad İstehlakçılar Birliyinin qaynar xətti ilə əlaqə saxlayıb öz şikayətlərini bildirə bilərlər.

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ARB-ə açıqlamasında bildirib ki, şikayətlərin ardı-arası kəsilmir. “Məlumata görə onlayn ticarətlə satılan dərman preparatlarının çox böyük hissəsi hətta 70%-i saxtadır. Bütün hallarda kuriyer vasitəsilə çatdırılan onlayn ticarət məhsulunu alarkən mütləq və mütləq kassa çeki tələb etsinlər, əgər kassa çeki və ya mədaxil orderi tələb edilmirsə bu o deməkdir ki, burada problemlər yaşandıqda istehlakçı hüququnu qorumaq mümkün olmayacaqdır”.

Reklam üzrə mütəxəssis Sabit Məmmədov də bildirib: “Nəyə inanıb sifariş versinlər, baxsınlar həmin səhifənin mobil tətbiqi varmı, saytı varmı və orada müqavilə şərtləri varmı? Müqavilə şərtləri göndərəndə mütləq onu oxumaq lazımdır ki, dəyişib və qaytarmaq mümkün olub olmadığını bilək”.

Marketoloq Pərviz Əzimov qeyd edib ki, insanlar ən birinci olaraq tanıdıqları saytlardan almalıdır məhsulu: “Mütləq diqqət etməlidirlər onlayn ödəniş etdiyi saytlarda “3D security” sistemi olmalıdır ki, onların sabah fırıldaqçılığı ilə üzləşdikdə bank onların pullarını geri qaytara bilsin. Yəni “3D security” olmadan ödənişlər etməmələri tövsiyyə olunur”.

 

www.yenicag.az

699
SFERA
AZNEWS
MATC
redaktor.az
ZiraatBank
MARGIN-BOTTOM