!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Onlayn ticarətin RİSKLİ TƏRƏFLƏRİ: Şirkətin kart məlumatlarını tələb etməsi qanunidir? – VİDEO

!Reklam – Yazi

Günümüzdə insanların çoxu onlar üçün rahat və sərfəli olan onlayn alış-verişə üstünlük verir. Texnologiyanın sürətli inkişafı və daha əlçatan olması ənənəvi ticarəti artıq tarixə qovuşdurmaqdadır.

Araşdırmalara əsasən, Azərbaycanda elektron ticarət pandemiyadan sonra daha da geniş vüsət alıb. Elektron ticarət platformaları Azərbaycan vətəndaşlarının xarici məhsullara əlçatanlığını maksimum təmin edir.

Ona görə də, vətəndaşlar artıq birbaşa alış-verişdən daha ucuz başa gələn onlayn ticarət tətbiqləri vasitəsilə məhsul sifarişinə üstünlıük verirlər. Bu tendensiyanın genişlənməsi fonunda ənənəvi təcarətin sıxışdırıldığı müşahidə edilir.

Lakin onlayn platformalardan istifadə edən hər kəsin razı qaldığını söyləmək çətindir. Hər halda, bəhs olunan tətbiqlərin müsbət tərəfləri kimi, mənfi tərəfləri də var. Belə ki, tətbiq vasitəsilə alış-veriş zamanı həmin onlayn ticarət şirkəti tərəfindən bizim bütün kart məlumatlarımızın, yəni 16 rəqəmdən əlavə, kartın bitmə tarixi və CVV kodunun daxil edilməsi də tələb olunur.

Bu məqamın doğura biləcəyi mümkün riskləri Yenicag.az-a şərh edən informasiya təhlükəsizliyi üzrə mütəxəssis Fərhad Mirəliyev bildirib ki, xüsusi zərurət olmdıqda, bank kartının üzərində olan məlumatlar,ümumiyyətlə, açıqlanmamalıdır.

Ekspertin mövzu barəsində fikir və tövsiyələrini tam olaraq, buradan izləyə bilərsiniz:

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

7669
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv