“Online media” təlimlərinə start verildi – FOTOLAR
Jurnalistlər üçün “Online Media” təlimləri başladı.
AzeriTimes.Az xəbər portalı “Online Media” adlı təlimə start verdi.
Qeyd edək ki, 3 ay müddətində davam edəcək təlimləri İKT və media sahəsində çalışan peşəkar mütəxəssislər və ekspertlər aparacaq. Təlimlərdə müxtəlif media orqanlarında çalışan jurnalistlər, ali məktəblərdə Jurnalist ixtisası üzrə təhsil alan tələbələr – gənc Jurnalistlər iştirak edirlər . Təlimləri uğurla başa vuranlara sonda sertifikatlar veriləcək.
Təlimlər tam ödənişsizdir.
İştirakçılar proqramda praktik biliklərlə yanaşı, müsahibələr hazırlamaq və imzalarını tanıtmaq şansı da qazanacaqlar.
Qeyd edək ki, təlimlər “İRƏLİ” İB-in ofisində keçirilir.