”Onu əməkdaşlıq məkanına çevirdik”

media-hightechnic-468x90

lTürkiyə prezidenti 3 ölkənin həm qardaş, həm də qonşu olduğunu deyib   “Qafqazın dağlarını bir divar olmaqdan xilas etdik, onu bir qapı, əməkdaşlıq məkanına çevirdik. Biz bununla qürur duyuruq”.

Bunu Türkiyə prezidenti Abdullah Gül Tiflis-2014 saamitində çıxışı zamanı deyib.

Zirvə toplantısının keçirildiyi yerə gələn Abdullah Gül, Gürcüstan prezidenti Georgi Margvelaşvili və Azərbaycan prezidenti İlham Əliyevlə xatirə şəkli çəkdiriblər. Daha sonra Gül Bakı-Tiflis-Qars dəmiryolunun inşasından söhbət açıb:

“Bakı-Tiflis-Qars, Bakı-Tiflis-Ceyhan, Bakı-Tiflis-Ərzurum kimi böyük layihələri üç ölkə tərəfindən həyata keçirildi. Qafqaz regionunda sabitliyə və rifahın yaranmasında bu üç ölkənin xidmətləri çoxdur. Xalqlarımız həm qardaş, həm də qonşudur. Bundan sonrada belə əhəmiyyətli görüşlərin keçiriiləcəyinə ümid edirik”(teleqraf.com).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600