!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

OPEC ölkələri yenə yığışır

!Reklam – Yazi

neftBu gün Vyanada OPEC-ə üzv ölkələrin iclası keçiriləcək.

İclasda neft hasilatının səviyyəsinin müəyyənləşdirilməsi planlaşdırılır.

“The Wall Street Journal” nəşrinin məlumatına görə, Səudiyyə Ərəbistanı dövlətlər tərəfindən kollektiv neft hasilatına dair limitin müəyyən edilməsini dəstəkləyəcək.

Lakin bir çox analitiklər görüşün nəticəsində neft hasilatının səviyyəsinin dəyişməyəcəyini düşünürlər. Hətta bəzi ekspertlər hesab edirlər ki, OPEC-ə üzv olan Yaxın Şərq ölkələri hasilatın səviyyəsini artıracaqlar. Onlar hesab edirlər ki, kartel hasilata nəzarət etməklə qiymətləri dəstəkləməyə yox, bazarda payını qorumağa çalışacaq.

Cari ticarət sessiyasının dinamikasına eyni zamanda ABŞ-ın Energetika Nazirliyinin ölkənin neft ehtiyatları kommersiyası üzrə bu gün dərc edəcəyi göstəricilər də təsir edə bilər.

Xatırladaq ki, neft hasil edən ölkələr neft hasilatının cari ilin yanvar ayına olan həddə dondurulmasını və beləliklə neft qiymətlərinin yüksəlməsini istəyirlər. Lakin, bu zamana qədər keçirilən görüşlərdə vahid qərar qəbul edilməyib.(Aznews)

www.yenicag.az

665
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv