Oqtay Əliyevin nəşi ailəsinə təhvil verildi

media-hightechnic-468x90

Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyevin nəşi ailəsinə təhvil verilib.

Yenicag.az xəbər verir ki, mərhumun sənət dostları, qohumları, ailə üzvləri onunla vidalaşmaq üçün mənzilinə toplaşıb.

Oqtay Əliyev sabah səhər saatlarında Mehdiabad qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, hadisə bu gün axşam saatlarında Abşeron rayonu ərazisində baş verib.

Belə ki, O.Əliyevin idarə etdiyi “Toyota Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb.

Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb./Report/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600