Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Oqtay Əsədovdan keçmiş deputata ŞÜBHƏLİ HİMAYƏ: Baş Prokurorluq Rafael Cəbrayılovu necə qoruyur?

Çox sayda vətəndaşa qarşı yol verdiyi dələduzluq əməllərinə görə barəsində cinayət işi açılan keçmiş deputat Rafael Cəbrayılov zərər vurduğu insanlara və qanunlara meydan oxumaqda davam edir.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, Rafael Cəbrayılovdan onlarla vətəndaşın şikayətçi olmasına baxmayaraq, onların heç biri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən zərərçəkmiş qismində qəbul edilmir.

Bu, azmış kimi, Cəbrayılovun işini aparan müstəntiqlər ciddi cəhdlə istintaqı uzatmaqla məşğuldurlar. Eyni zamanda, başqa bir şikayət üzrə Abşeron rayon məhkəməsinin çıxardığı qərarı icra etmədiyi üçün Rafael Cəbrayılovun haqqında həbs qəti imkan tədbiri seçilməsi tələb olunur.

Lakin keçmiş deputatın böyük təsir imkanlarına malik himayədarları onun öz layiqli cəzasını almasına imkan verməyərək, dövləti qarşılarına almaqdan çəkinmirlər. Qeyd olunur ki, Milli Məclisin eks-spikeri Oqtay Əsədovun qardaşı Nazim Əsədov məhkəməyə gələrək, bu işə müdaxilə edib.

Rafael Cəbrayılovun əlimizdə olan səs yazılarında da o, açıq şəkildə bildirir ki, arxasında Oktay Əsədov dayanıb və onların şərikli biznesi var. Əlbəttə, Oqtay Əsədovla Rafael Cəbrayılovun şərikli biznesi ola bilər (hərçənd ölkə qanunvericiliyi deputatlara bizneslə məşğul olmağı qadağan edir).

Ancaq şərikinin bu qədər insanı dövlətlə üz-üzə qoymasına, müflisləşdirməsinə Əsədovun nədən göz yumduğunun səbəbi çox maraqlıdır. Xatırladaq ki, Rafael
Cəbrayılov öz deputat mandatını məhz Əsədovun spikerliyi dönəmində girov qoymuşdu.

Yəni Cəbrayılov bu hərəkəti ilə Əsədovu da zərbə altında qoymuşdu. Belə olan halda, Əsədovun Cəbrayılovu himayə etməkdən vaz keçməməsinin arxasında çox qaranlıq mətləblərin olduğu qənaəti yaranır. Həm də əsassız olmayaraq…

Yuxarıda qeyd olunduğu kimi, redaksiyamız Rafael Cəbrayılovun eks-spiker Oqtay Əsədova arxalandığı və onunla şərikli biznesinin olmasına dair audiomaterialları əldə edib. Yaxın müddətdə keçmiş deputatın həmin etiraflarını əks etdirən səs yazılarını yayımlayacağıq.

Digər tərəfdən, Rafael Cəbrayılovla qardaşı Elşən Cəbrayılov yeznələri Rasim, qohumları Aqil Talıbov və başqa əqrəbalarından ibarət mütəşəkkil dəstə yaradaraq, uzun illər ərzində çox sayda insana qarşı dələduzluq ediblər, onların müflisləşmələrinə səbəb olublar.

Hər halda, o zərərçəkənlərin nədən Cəbrayılovun “tor”una düşmələrinin səbəbini anlamaq çətin deyil. İnsanlar iş gördükləri adamın Milli Məclisin deputatı kimi yüksək statusuna etimad edərək, onun dələduzluqla məşğul ola biləcəyini ağıllarından belə keçirməyiblər.

Cəbrayılov isə millət vəkili kimi uca ada münasibətini öz deputat mandatını girov qoymaqla göstərib…

Lakin onun öz əməllərinə görə cavab verəcəyi gün artıq yetişir!

Loading...

www.yenicag.az

584
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100