!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Hakimlərin maaş artımı və ƏDALƏT: "Yüksək məvaciblə şəffaf işləmək arasında..." - ŞƏRH

!Reklam – Yazi

“Hakimlərin aylığı hətta 10 min manat olsa da, bu, ədalətli məhkəmə qərarları arasında heç bir əlaqəni ifadə etməyəcək”.

Bu sözləri ötən həftə Ali Məhkəmə sədrlərinin və deputatların əməkhaqqılarının artırılmasının doğurduğu narazılığı dəyərləndirən iqtisadçı Məmməd Talıblı Yenicag.az-a açıqlamasında deyib.

İqtisadçıya görə, sözügedən artımın etiraz doğurması başadüşüləndir, çünki əməkhaqqı artımı daha çox ehtiyacı olan vətəndaşlara tətbiq olunmalıdır:

“Deputatların rəsmi olaraq aylıq gəlirlərinin məbləği 6 min manatdan yüksək olacaq. Bu, ölkəmizdə muzdla çalışanların median gəlirlərindən təxminən 15 dəfə çoxdur. Məhkəmə hakimlərinin isə əməkhaqqılarının artırılması məntiqlə düz gəlmir. Çünki bu ölkədə məhkəmə-hüquq sistemi o idarəetmə orqanlarındandır ki, rəsmi əməkhaqqı ilə əksər hakimlər maraqlanmır. Hakimlərin aylığı hətta 10 min manat olsa da, bu, ədalətli məhkəmə qərarları arasında heç bir əlaqəni ifadə etməyəcək. Yüksək məvaciblə şəffaf işləmək arasında belə bir korrelyasiyanı axtarmağa da dəyməz.

Məntiqlə əməkhaqqı artımına sevinmək lazımdır. Çünki müxtəlif sosial qruplara ünvanlanmış sosial dəstək siyasəti həm də sonda bir cəmiyyətin rifahı deməkdir. Halbuki büdcədə profisit yaranan zaman bunun əsas benefisiarları deputatlar olmalı deyil. Elə həssas sosial qruplar var ki, onların sosial dəstəyə ehtiyacı daha çoxdur. Bu qrupa qazilər, pensiyaçılar, ünvanlı sosial yardım alanlar, müəllimlər və digər şəxslər daxildir. Digər sosial qrupların əməkhaqqıları, müavinətləri 5-15 faiz səviyyəsində artdığı halda, deputatların əməkhaqqılarının dəfələrlə artırılması ədalətli deyil”.

Gülşən Şərif

COP29

www.yenicag.az

590
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv