!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Ordu ilə bağlı ictimai rəyin yanlış yönləndirilməsi mövzusunda tədbir keçirildi - FOTO / VİDEO

!Reklam – Yazi

Azərbaycan Mətbuat Şurasında mediada və sosial şəbəkələrdə orduya dair bilgilərin yayılması və ictimai rəyin yanlış yönləndirilməsi təmayülləri mövzulu toplantı keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirdə ölkənin bir sıra media orqanlarının rəhbərləri və jurnalistlər iştirak ediblər.

Ordu ilə bağlı məlumatların və dezinformasiyaların qarşısının alınması ilə bağlı həll yollarının axtarıldığı toplantı müzakirə formasında keçirilib.

Çıxış edən media nümayəndələri Azərbaycana qarşı aparılan informasiya müharibəsində şüursuz iştirakın ölkəmizə qarşı yönləndirilməsi hallarının aradan qaldırılması ilə bağlı təkliflərini səsləndiriblər.

Çıxışçılar sosial media və şəbəkələrə nəzarət məsələsinin də vacibliyini vurğulayıblar.

Qarşılıqlı fikir mübadiləsilə keçən toplantı sonunda Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərə açıqlama verib. Amaşov yoxlanmamış məlumatların yayılmasının dövləti zərbə altında qoyduğunu bildirib.

Daha ətraflı videoda:

Səxavət Məmməd

Cavid Qaçayev

www.yenicag.az

751
Ads
www.veteninfo.com
!Reklam – Arxiv