“Ordumuz həm şimal, həm də cənub istiqamətində irəliləyir” – Səxavət Məmməd cəbhədən xəbər verir

media-hightechnic-468x90

“Bu gün təxminən saat 13:00 radələrində düşmənin iki uzaqmənzilli raketi havada zərərsizləşdirildi”.

Bunu döyüş bölgəsində oktyabrın 9-u saat 16:00-a qədər olan vəziyyət haqda məlumat verən Yenicag.az-ın cəbhə zonasında ezamiyyətdə olan əməkdaşı Səxavət Məmməd bildirib.

Səxavət Məmmədin məlumatına görə, cəbhənin bütün istiqamətlərində döyüşlər davam edir:

“Hazırda cəbhənin ön xəttindəyəm. Bu gün təxminən saat 13:00-da düşmənin iki uzaqmənzilli raketi havada zərərsizləşdirildi.

Əməliyyat şəraiti tamamilə Ordumuzun nəzarətindədir, qüvvələrimiz cəbhənin şimal və cənub istiqamətlərində irəliləyir.

Ağdam və Tərtər rayonlarında və Naftalan şəhərində vəziyyət nisbətən sabitdir. Hərbi sursat təminatı demək ola ki, tükənən işğalçı Ermənistan ordusu artıq arsenalındakı son raket və mərmilərdən istifadə edir”.

Gülşən Şərif

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa