Ordumuzun əsgəri xəstəlikdən öldü
Azərbaycan ordusunun əsgəri xəstəlikdən vəfat edib. Yenicag.az lent.az-a istinadən bildirir ki, Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə xidmət edən 28.08.1990-cı ildə anadan olmuş, 07.01.2015-ci ildə Qusar rayonundan hərbi xidmətə çağırılmış əsgər Pərvanayev Vicay Gülmət oğlu ilkin araşdırmaya əsasən kəskin ürək və tənəffüs çatışmazlığı səbəbindən martın 2-də vəfat edib.
Hazırda məhkəmə-tibb ekspertizası araşdırma aparır. Hərbi Prokurorluq tərəfindən fakt üzrə cinayət işi başlanılıb.
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun yaxınlarına və əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!