!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Ordunun həmin hissəyə rəhbərlik edən komandanlığı da məsuliyyət daşıyır" - Hərbi ekspert

!Reklam – Yazi

“Azərbaycan və Ermənistan son döyüşlə Rusiyanın əlinə oynamış oldu”.

Bu sözləri şərti sərhəddə baş verən gərginliyi və yaranmış vəziyyəti şərh edən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Tərlan Eyvazov bildirib ki, Ermənistanın revanş etməsi üçün illərə ehtiyacı var:

“Müharibə vaxtı tərəflər arasında cəbhə xəttində insidentlər normal haldır. Çox güman ki, Azərbaycan hərbçiləri dəfələrlə qarşı tərəfi sözlü başa salmaq üçün gediblər. Erməni tərəfi buna hazırlıqlı olub. Erməni xisləti özünü göstərdi. Əgər hər iki tərəfin əlində silah varsa, diplomatlar ortaq məxrəcə gəlib sülh sazişi imzalamayıbsa, bu cür hallar yaşanacaq, itkilər olacaq. Digər tərəfdən, ordunun həmin hissəyə rəhbərlik edən komandanlığı da məsuliyyət daşıyır. Rəhbərlik erməni tərəfinin xislətini bilməlidir. Döyüş görmüş, təcrübəli hərbçilər bunları bilməlidir. Açıq aydın “Pikap”la ora gedirlərsə, bunun razılaşdırılması olmalı idi. Videodan da görürük ki, səngərlədən ermənilər çıxır. Onların sayca çoxluğu o şəriati yaradır ki, bizimkilərin üzərinə silah çəksinlər. Hazırlıqsız olarkən itkilərin olması qaçınılmazdır. İctimaiyyət də itkiləri çox ağır qarşılayır.

Döyüşlər gedən zaman İranın, Rusiyanın adı çəkilir. Görünən odur ki, döyüşlər qəflətən, qığılcımdan alışan bir şeydir. Zəngəzur istiqaməti olsaydı, İranın rolundan danışmaq olardı. Ancaq reallıq başqa şeydir. Baş verənlərdən hər ölkə özünə uyğun şəkildə bəhrələnir. İran bəhrələndiyi kimi, digərləri də bundan istifadə edəcək. Hadisədən dərhal sonra Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zaxarova dedi ki, hər iki tərəflə razılaşmışıq, tərəflər Moskvada görüşəcək. Demək ki, Azərbaycan və Ermənistan tərəfi Rusiyanın əlinə oynayıb.

Bizim dırnaqarası ekspertlərimiz deyirlər ki, Ermənistan revanşa hazırlaşır. Ermənistanın revanşlıq halı yoxdur. Yenə o tip insanlar deyir ki, İran Azərbaycana müdaxilə edəcək. İran bilmir ki, Azərbaycana müdaxilə etsə, başına nə işlər gələcək? Hadisələrə real baxmaq lazımdır. İctimaiyyəti pafosla, xülyalarla aldatmaq olmaz”.

Səxavət Məmməd

www.yenicag.az

635
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv