Ordusu olmayan ölkələr
Dünyada bəzi ölkələr var ki, həm coğrafi quruluşuna, həm də idarəetmə formasından dolayı orduya ehtiyac duymurlar.
Solomon adaları bir neçə adadan ibarət müstəmləkədir. 1893-cü ildə İngiltərənin tərkibinə daxil olduqdan sonra dövlət kimi silahlı qüvvələrdən imtina edib. İkinci dünya müharibəsi əsnasında Solomon adalarında qarşıdurmalar yaşanmasına baxmayaraq, dövlət ordu yaratmağı düşünmədi.
Kosta-Rika 1948-ci ilə, daha dəqiq desək, vətəndaş müharibəsinə qədər güclü orduya sahib idi. 2 min insanın ölümünə səbəb olan bu hadisədən sonra dövlət başçısı Figueres Ferer ordunu ləğv etdi.
ABŞ-ın təsiri altında yarımüstəqil Palau adlı dövlətin ordusu yoxdur. Bilavasitə rəsmi Vaşinqtonun nəzarəti altındadır. 1993-cü ildə əldə edilən razılaşmaya görə, ölkənin qorunması İspaniya və Fransaya həvalə olunub. Qeyd edək ki, Marşal adaları da eyni aqibəti yaşayır. Bu adaların xarici təhlükəsizliyinə də ABŞ cavabdehdir.
Siyahıda Lixtenşteyn də var. Bu ölkədə hələ 1868-ci ildən ordunun ləğv edilməsi haqda qərar verilib. Səbəb isə Avstriya və Prussiya müharibəsi olmuşdur.
Dünyanın ərazi və əhali baxımından ən kiçik ölkəsi Vatikan qəbul edilən qaydalara görə, orduya sahib ola bilməz. Ölkədə yalnız Vatikan sarayı və Roma Papası isveçrəli mühafizəçilər tərəfindən qorunur.
Bundan başqa Samoa və Tuvalu kimi kişik ölkələr vardır ki, bunlar da heç bir ordu quruculuğundan söhbət gedə bilməz.