Zelenski: "Trampla görüş müharibənin sonunu yaxınlaşdıra bilər"

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Trampla oktyabrın 17-nə planlaşdırılan görüş çoxməzmunlu olacaq və Ukraynadakı müharibənin sonunu yaxınlaşdıra bilər.

Yenicag.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski müraciətində bildirib.

Onun sözlərinə görə, Ukrayna Trampla gözlənilən görüşün hərbi və iqtisadi aspektlərini artıq hazırlayıb.

“Bu, həqiqətən də, müharibənin sonunu yaxınlaşdıra bilər. Birləşmiş Ştatlar belə qlobal təsir potensialına malikdir və biz dünyada başqalarının bu səydə bizim tərəfimizdə olmasını təmin etmək üçün hər şeyi edirik”, – Zelenski bildirib.

Prezident əlavə edib ki, hazırda Ukraynanın Baş naziri Yuliya Sviridenko, Prezident Ofisinin rəhbəri Andrey Yermak və digər rəsmi şəxslər Vaşinqtonda səfərdədirlər./Azərtac/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa