Pentaqon rəhbərinin göyərtəsində olduğu təyyarə təcili eniş etdi

media-hightechnic-468x90

Ekipaj Atlantik okeanı üzərində fəlakət siqnalı verdikdən sonra ABŞ-nin Pentaqon rəhbəri Pit Heqsetin təyyarəsi Böyük Britaniyada təcili eniş edib.

media-banner_tkm

Yenicag.azxəbər verir ki, bu barədə rəsmi köməkçisi Şon Parnell sosial şəbəkədə məlumat verib.

O bildirib ki, təyyarənin ön şüşəsində çat əmələ gəlib və onu geri dönməyə məcbur edib.

“Təyyarə standart prosedurlara uyğun olaraq eniş edib və katib Heqset də daxil olmaqla bütün sərnişinlər təhlükəsizdir”, – Parnell yazıb.

Qeyd olunur ki, Pentaqon rəhbəri Brüsseldə keçirilən NATO Müdafiə Nazirlərinin Sammitindən ABŞ-yə qayıdırdı./Qafqazinfo/

 

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05