2026-cı il üzrə icmal büdcənin gəlir və xərc proqnozu artırıldı
2026-cı il üçün Azərbaycanın icmal büdcəsinin gəlirləri 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1 milyard 18,8 milyon manat və yaxud 2,3 faiz çox olmaqla 44 milyard 969,4 milyon manat proqnozlaşdırılır.
Yenicag.az-ın xəbərinə görə, bu Maliyyə Nazirliyi tərəfindən hazırlanan 2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsində əksini tapıb.
Məlumata görə, ortamüddətli dövrün sonuna isə 6 milyard 472 milyon manat və yaxud 14,7 faiz çox olmaqla 50 milyard 422,5 milyon manat gözlənilir.
Qeyd edilib ki, 2026-cı il üçün icmal büdcənin xərcləri 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1 milyard 209,9 milyon manat və yaxud 2,5 faiz çox olmaqla 48 milyard 839,3milyon manat, ortamüddətli dövrün sonuna isə 4 milyard 553 milyon manat və yaxud 9,6 faiz çox olmaqla 52 milyard 182,4 milyon manat proqnozlaşdırılır.
Xatırladaq ki, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama”sında icmal büdcənin gəlirləri 44 milyard 825.3 milyon manat, xərcləri isə 48 milyard 683.1 milyon manat proqnozlaşdırılmışdı. Beləliklə icmal büdcənin gəlirləri 144.1 milyon manat, xərcləri isə 156.2 milyon manat artırılıb.