Türk dövlətlərinin ortaq hərbi qüvvələri yaradıla bilər - RƏY

media-hightechnic-468x90

“Türk Dövlətləri Təşkilatının hərbi ittifaqının yaradılması mümkündür”.

Bunu Yenicag.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O, Prezident İlham Əliyevin 2026-cı ildə Azərbaycanda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin birgə hərbi təliminin keçirilməsi təklifinin gələcəkdə hərbi türk birliyin qurulması üçün cığır olması ehtimalından danışıb.

Hərbi ekspert bildirib ki, Türk Dövlətləri Təşkilatı günü-gündən inkişaf edir və genişlənir, bu təşkilata üzv olmaq istəyən dövlətlərin sayı da artır:

“Müasir dünyanın yenidən formalaşması prizmasından baxdıqda bu gün dünyada ən təhlükəsiz birlik və təşkilat məhz Türk Dövlətləri Təşkilatıdır.

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının geniş formatlı hərbi təlimlərinin keçirilməsi məsələsini gündəmə gətirib. Bu təklif digər üzv dövlətlər tərəfindən də məmnuniyyətlə qəbul ediləcək. Biz ən geci gələn ilin ilk yarısında Türk Dövlətləri Təşkilatına üzv ölkələrin genişmiqyaslı hərbi təlimlərinin keçirilməsinin şahidi olacağıq”.

media-16543588383913955750_1200x630

Onun sözlərinə görə, hazırkı vəziyyətdə Türk Dövlətləri Təşkilatı hərbi blok kimi deyil, daha çox inkişaf, iqtisadiyyatın genişlənməsi və təhlükəsizliyin təmin olunmasına yönəlmiş birlik, təşkilat kimi fəaliyyət göstərir:

“Təşkilatın gələcəkdə hərbi sahədə də ortaq layihələr həyata keçirəcəyi, hətta müəyyən müddətdən sonra təşkilatın ortaq hərbi qüvvələrinin formalaşmasının mümkünlüyü istisna edilmir.

Bunun üçün müəyyən zaman tələb olunur. Çünki ilk növbədə atılmalı addım üzv ölkələrin orduları arasında əlaqələrin genişləndirilməsi, fəaliyyətlərin uzlaşdırılması kimi məsələlərin əvvəlcədən həll edilməsidir. Bu uyğunlaşdırma prosesləri həyata keçirildikdən sonra isə Türk Dövlətləri Təşkilatının hərbi ittifaqının yaradılması da mümkündür.

Belə bir ittifaq isə yalnız və yalnız milli, regional və beynəlxalq təhlükəsizliyin təmin olunması məqsədilə fəaliyyət göstərəcək”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa