Ağ Ev bu ölkədə gizli əməliyyata icazə verdi

media-hightechnic-468x90

Ağ Ev Mərkəzi Kəşfiyyat İdarəsinə Venesuelada gizli əməliyyat keçirməyə icazə verib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri məlumat yayıb.

“ABŞ qüvvələri artıq Venesuela sahillərində narkotik daşıyan qayıqlara hücum edib. Prezident Donald Tramp ABŞ-ın narkotik kartelləri ilə silahlı münaqişədə olduğunu deyib, Ağ Ev isə Maduronu “narkoterrorçu” adlandırıb və onu ölkənin qanuni lideri hesab etmədiyini dəfələrlə bəyan edib. Bölgədəki genişmiqyaslı hərbi ehtiyatlar, o cümlədən 10 minlik hərbi kontingent və donanma ABŞ-ın hərəkətlərinin ciddiliyini göstərir”, – məlumatda bildirilib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp ordunun Venesuelada narkotik kartelləri ilə əlaqəsi olduğu iddia edilən yerüstü hədəflərə zərbə endirmək imkanını nəzərdən keçirdiyini demişdi.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05