Ukraynaya silah verilməsi döyüş əməliyyatlarına necə təsiri edəcək? - ŞƏRH
“Silahların Ukraynaya verilməsi döyüş əməliyyatlarının gedişində kəskin dəyişiklik yaratmayacaq”.
Bunu Yenicag.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
O, ABŞ-nin Ukraynaya silah yardımını artırmasının müharibənin taleyinə mümkün təsirindən danışıb.
Hərbi ekspert bildirib ki, Ukraynaya silah yardımı kifayət qədər ləng tempdə həyata keçirilir.
“Ümumiyyətlə, Avropa və ya NATO-dan hərbi silah yardımı almaq uzun müddət tələb edən prosesdir. Çünki bir sıra prosedurların yerinə yetirilməsi zəruri hesab olunur.
İndiki şəraitdə hansısa silahların Ukraynaya verilməsi döyüş əməliyyatlarının gedişində kəskin dəyişiklik yaratmayacaq. Eyni zamanda, münaqişənin taleyinin həllində də kəskin dönüş effekti verməyəcək”, – deyə o bildirib.
Nəsimi Ələsgərli