Bir çoxları yayın istisindən başını götürüb istirahət üçün ölkə kənarına üz tutub. Oriyental Rəqqasə Zərifə Əliyeva isə yayın dadını Xəzərin sahilində çıxarır.
Yenicag.az xəbər verir ki, sənətçi çimərlikdən paylaşdığı fotoları ilə diqqəti üzərinə çəkməyi bacarıb.
O fotolarını “Dünyanın ən gözəl dənizi Xəzər dənizidir. Çünki onun sahilində mən varam. Fotolar o qədər çox və hamısı da gözəldir ki, aralarından bunları seçdim. Bəs siz hansını seçərdiniz?” şərhi ilə təqdim edib.
“Üzərimdəki çimərlik geyimin öz əl işimdir, onu da dəyərləndirməyi unutmayın”, deyən Zərifə yaxşı rəqqasə olmaqla bərabər, həm də digər istedadının da olduğunu izləyicilərinin diqqətinə çatdırıb.
Video və fotoları təqdim edirik:
Nehru
www.yenicag.az