"Orta Dəhliz sadəcə alternativ deyil, strateji layihədir” – Deputatdan AÇIQLAMA

media-hightechnic-468x90

“Orta Dəhlizin əsas üstünlüklərindən biri də zaman amilidir. Əvvəllər 35–40 gün çəkən daşınma prosesi bu marşrut vasitəsilə təxminən iki həftəyə, yəni 15 günə qədər qısalır”.

media-banner_tkm

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O, dünyada baş verən həssas proseslər fonunda Orta Dəhlizin alternativ deyil, strateji layihə olduğunu vurğulayıb. Deputat bildirib ki, hadisələrin gedişatı bu marşrutun əhəmiyyətini hər ötən gün artırır.

Elman Nəsirovun sözlərinə görə, Çinin dünyanın ən böyük iqtisadiyyatına çevrilmə hədəfi qlobal ticarət marşrutlarının önəmini artırır:

“Heç kəsə sirr deyil ki, hazırda dünyada iki nəhəng iqtisadi güc formalaşır. ABŞ-ın ümumi daxili məhsulu (ÜDM) 20 trilyon dolları ötüb. Çin isə 2030-cu ilə qədər dünyanın ən böyük iqtisadiyyatına çevrilməyi qarşısına məqsəd qoyub. Hazırda Çinin ÜDM-i təxminən 18 trilyon dollardır və 1,4 milyard əhalisi olan ölkədə illik 5–7 faizlik iqtisadi artım müşahidə olunur. Dünyanın ən böyük istehsalçılarından biri olan Çin öz mallarını müxtəlif marşrutlarla qlobal bazarlara çatdırır”.

Deputat qeyd edib ki, 2014-cü ildən başlayaraq Rusiya–Ukrayna müharibəsi və bölgədə yaranan gərginlik Orta Dəhlizi daha əlverişli marşrut kimi ön plana çıxarıb:

“Orta Dəhliz Çindən çıxaraq Mərkəzi Asiya, o cümlədən Qazaxıstan vasitəsilə hərəkət edir. Qazaxıstandan Xəzər dənizi üzərindən Azərbaycana, oradan isə Gürcüstan və Türkiyə vasitəsilə Avropa bazarlarına çatdırılır. Bu marşrut həm daha sürətli, həm də daha təhlükəsiz hesab olunur”.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05