Orxan Sultan: “Mədəni lahiyələr xalqları yaxınlaşdıran əsas faktordur”

media-hightechnic-468x90

3TZu9C4718nzAzərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin “Azərbaycanlılar Slavyan ölkələrində” adlı layihəsinin növbəti qonağı Rusiyada yaşayan və yaradan məşhur modelyer Orxan Sultandır.

  –  Orxan bəy Rusiyada yaşayan və fəaliyyət göstərən ən məşhur Azərbaycanlılardan birisiniz mümkünsə ilk olaraq oxuculara özünüz haqqınızda məlumat verərdiz ?

 –  Mən Orxan Sultan, Bakı şəhərində anadan olmuşam. İbtidai sinifi bitirdikdən sonra orta təhsilimə Moskvada davam etmişəm. Məktəbi bitirdikdən sonra Faberje adına Dekorativ tətbiqi incəsənət kollecinə daxil olmuşam. Orada mənim yaradıcılıq fəaliyyətim başladı. İlk kolleksiyamı böyük ustad Faberjenin zərgərlik motiv işlərinə nümünə olaraq 17 yaşımda yaratmışam. Kolleksiyam Moskvada, Parisdə, Strasburqda, Frankfrukta, Baden Badendə və Bakıda nümayiş olunmuşdu. Bu il yubileydir, yaradıcılıq fəaləyyitimin 15 illiyidir, payızda Orkhan Sultan ATELIER COUTURE-15 years yubiley nümayişi olacaq. Ailəliyəm Moskva şəhərində yaşayıram.

–  Bildiyimiz kimi siz illər öncə “Qədim şəhərin qadını” kolleksiyası nümayiş etdiridiniz necə oldu ki bu adı seçdiniz bu kolleksiya Rusiyalı diznyerlər tərəfindən necə qarşılandı ?

– “Qədim şəhərin qadını” adlı kolleksiyamın mənbəyi doğma Bakı şəhərinin mənzərəsi, milli ornamentimizin çalarları və ornamentləri səbəb oldu. Koleksiyamın bir qismi qızılı və firuzəyi rəngdədir. Boz rəng isə içəri şəhərin divarlarının rəngini ifadə edir, qırmızı rəng isə Qarabağ torpağlarınn işğalı ilə əlaqədardı, qara və firuzəyi rənglər isə ümid və uğur rəmzidir son zaman Azərbaycanın artan uğurunu və Torpağlarımızın işğaldan Azad olunacağı ümidinin rəngidir. Gələcəkdə bu istiqamətdə yeni kolleksiyalar yaratmaq fikrindəyəm, çünki bu mövzu mənə çox doğmadır .

–  Orxan bəy siz, əksər müsahibələrinizdə Mən Azərbaycanla sıx bağlıyam və özümü Azərbaycan əsilli Moskva modelyeri hesab edirəm. Mənim üçün başlıcası şöhrət qazanmaq və hər yerdə, ilk növbədə, Azərbaycanı təmsil etməkdi deyirsiniz Azərbaycanlı olmağınız sizə Azərbaycandan kənarda iş həyatınızda maneələr yaratmır ki ?

– Sözsüz ki, ilk öncə mən azərbaycanlıyam və bununla fəxr edirəm. Rusiyalı modelyer olaraq, yeni paltarlar yaradaraq və azərbaycan mədəniyyətinin daşıyıcısı olaraq, mən sözsüz ki öz mədəniyyətimizi və tarxmizi təbliğ edirəm. Hər bir incəsənət və elm yaradıcısı yüksək nailiyyətlər əldə edərək, ilk öncə öz xalqının adını uca tutur. Mən heç bir zaman öz üzürəmdə heç bir çətinlik və maneə hiss etməmişəm, əksinə çox bir müəllimlər tərəfindən dəstək görmüşəm, baxmayaraq ki, mən fakültəmizdə yeganə azərbaycanlı idim, hər zaman mənə dəstək olub və yeniliklərdə kömək ediblər. Xüsusilə də bizim fakültənin rəhbəri və kuratoru Marina Lvovna Suboçeva, mənim modelyer kimi formalaşmama böyük rol oynayıb.

– Mümkünsə gördüyunuz işlər və gəkəcək planlarınız haqqında məlumat verin ?

– Hal-hazırda Haute Couture kolleksiyanın üzərində işləyirəm kolleksiyanın mənbəyi Qarabağ xalçalarındakı ornamentlərdir. Bu kolleksiyam mənim yubiley nümayişimdə Puşkin Muzeyində, həmçinin, Parisdə Moda Həftəsində nümayiş olunacaq. Əlbəttə, istərdim ki, bu numayiş Azərbaycanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilsin, doğma Bakımızda kolleksiyam nümayiş olunsun. Həmçinin, qeyd etmək istərdim ki, bu yaxınlarda Orkhan Sultan Cruise adlı kolleksiyanın nümayişidə olacaq

–  Azərbaycan və Slavyan xalqları arasında dostluq və əməkdaşlıqdan razısınızmı?

– Azərbaycan və Slavyan xalqları arasınsa sıx əlaqələr var. Slavyan ölkələrinin ən böyüyü Rusiya ilə Azərbaycan arasında iki tərəfli qarşılığlı mədəni əlaqələr mövcuddur. Buda məni incəsənət nümayəndəsi kimi sevindirir

–  Bir sənət adamı kimi bu dostluğa hansı tövhəni vermisiz?

– Mənim ilk kolleksiyamın mənbəyi dahi Rus zərgərlərinin əsərləri olub. Mənim zənnimcə kolleksiyalarım bir Azərbaycanlı olaraq rus mədəniyyətinə verdiyim tövhədir. Qeyd etmək istərdim ki mədəni lahiyələr xalqları yaxınlaşdıran əsas faktordur.

– Səfirliyimiz və diaspora təşkilatlarımızla əməkdaşlıq edirsinizmi ?

– Mən Səfirliyimizlə və diaspora təşkilatlarımızla əməkdaşlıq və dostluq edirəm. Diaspor təşkilatlarından Ümümrusiya Azərbaycanlıları Konqresi , Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı və Azərbaycan Slavyan Gəncləri Assosiyasiyası ilə əlaqələrim var. İmkan olduqca tədbirlərdə iştirak edirəm. Başda Leyla xanım, Polad müəllim və səfirliyin əməkdaşı Nigar xanım olmaqla səfirliyimizin və Diaspora təşkilatkarımızın nümayəndələrinin işini yüksək qiymətləndirir, hər birinə təşəkkür edirəm.

–  Bildiyiniz kimi lahiyəmizin məqsədi Slavyan olkələrində yaşayan Azərbaycanlıların tanıdılması onların Azərbaycan və Slavyan xalqları arasında əlaqələrin inkişafına verdikləri dəstəyləri oxuculara təqdim etməkdir lahiyəmizi bəyəndinizmi ? Və lahiyə.haqqında ürək sözlərinizi bilmək maraqlı olardı.

– Mən hesab edirəm ki, Azərbaycan-Slavyan Gəncləri Assosiyasiyası tərəfindən başladılan bu proekt olduqça aktual bir layihədir və layihədə böyük perespektivlər var. Bu, nəinki azərbaycan və slavyan xalqlarının münasibətlərinin möhkəmlənməsinə, hətta, slavyan ölkələrində yaşayan gənclərimizin öz mədəniyyətinə sahib olmalarına və vətənlə əlaqələr qurmağına səbəb olacaq.

– Son olaraq nə oxucularımıza nə demək istərdiniz ?

– Son olaraq bildirmək istərdim ki, hər bir azərbaycanlı öz mədəni irsini sevsin və ona  qayğı ilə yanaşsın. Amma bununla bir yerdə başqa xalqların mədəniyyətinə qayğı ilə yanaşmaq lazımdır. Məni lahiyəyə qonaq qismində dəvət etdiyiniz üçün sizə və şəxsən Toğrul Allahverdiliyə təşəkkür edirəm. Fürsətdən istifadə edib hər kəsi Ramazan ayı münasibəti ilə təbrik edirəm

ASGA mətbuat xidməti

Moskva 2015

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600