Osloda Azərbaycanın Müstəqillik Günü qeyd olunub - FOTO

media-hightechnic-468x90

Norveçin paytaxtı Oslo şəhərində Azərbaycanın Müstəqillik Günü münasibətilə möhtəşəm rəsmi qəbul təşkil olunub. Şəhərin nüfuzlu “Oslo Konserthus” konsert salonunda baş tutan tədbir yüksək səviyyəli qonaq siyahısı və zəngin mədəni proqramı ilə diqqət çəkib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, tədbirdə Norveç Parlamentinin üzvləri, həmçinin müxtəlif ölkələrin səfirləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Diplomatik korpusun tərkibində Türkiyə, Rusiya, Qazaxıstan, Yaponiya və Portuqaliya başda olmaqla, 60-a yaxın ölkənin diplomatik təmsilçilərinin gecəyə qatılması Azərbaycanın Müstəqillik Gününə verilən beynəlxalq önəmin göstəricisi olub.

Gecənin bədii hissəsi Azərbaycan mədəniyyətinin müasir və klassik çalarlarını özündə birləşdirib. Tural Raphael və Ələfsər Rəhimovun rəhbərlik etdiyi caz kvartetinin çıxışı qonaqlar tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Təqdim olunan musiqi proqramı Azərbaycan caz məktəbinin zənginliyini bir daha nümayiş etdirib.

Yüksək səviyyəli təşkilatçılığı ilə seçilən tədbir həm diplomatik əlaqələrin möhkəmlənməsi, həm də milli mədəniyyətimizin Avropada təbliği baxımından əhəmiyyətli hadisə kimi yadda qalıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05