Norveç Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq etdi

media-hightechnic-468x90

Norveç Rusiyaya qarşı yeni sanksiyalar paketini tətbiq edib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, Krallığın Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, yeni məhdudiyyətlər Avropa İttifaqının 8 may 2026-cı ildə qəbul etdiyi 20-ci sanksiyalar paketi ilə uyğunlaşdırılıb.

Bildirilib ki, sanksiyalar əsasən enerji və maliyyə sektorlarını hədəf alır. Paketə həmçinin sanksiyalardan yayınmanın qarşısını almaq və Rusiyanın hərbi-sənaye kompleksini daha da zəiflətmək məqsədi daşıyan əlavə tədbirlər daxildir.

Yeni sanksiyalar iyulun 14-dən qüvvəyə minir.

Norveçin xarici işlər naziri Espen Bart Eyde bildirib ki, yeni paket banklara, kriptovalyuta xidmətlərinə, mayeləşdirilmiş təbii qaz (LNG) sektoruna, Rusiyanın “kölgə donanması”na və üçüncü ölkələr vasitəsilə sanksiyalardan yayınmağa kömək edən tərəflərə qarşı əlavə məhdudiyyətləri nəzərdə tutur.

Nazirin sözlərinə görə, məqsəd Rusiyaya iqtisadi təzyiqi artırmaq, onun Ukraynaya qarşı müharibəni maliyyələşdirməsini və davam etdirməsini daha da çətinləşdirməkdir. Norveç bununla Avropa İttifaqının Rusiyanın təsir imkanlarını məhdudlaşdırmaq və sanksiyalardan yayınmanın qarşısını almaq istiqamətindəki səylərini dəstəkləyir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05