Otellər Avropa Oyunlarına hazırdır?

media-hightechnic-468x90

728293F7-F5B7-406A-A56A-D9A73B00ADF8_mw1024_s_nEldar Aslanov: “Gələn idmançılar və tamaşaçı qrupu hər hansı bir çətinlik yaşamayacaq”

“Azərbaycandakı otellər Avropa Oyunları üçün ölkəmizə gələcək qonaqları qəbul etməyə hazırdır”
Bu sözləri Yenicag.az-a açıqlamasında Turizm Universitetinin prorektoru Eldar Aslanov bildirdi: “Avropa oyunları Əməliyyat Komitəsi və Təşkilat Komitəsai üzvlərindən biri də Mədəniyyət və Turizm Nazirliyidir. Nazir şəxsən komitə üzvü kimi də bu proseslərə qoşulub. 6-7 ay öncə təsbit olunan oyunlara hazırlıq üzrə tədbirlər planına görə, otellərdə bu istiqamətdə işlərə başlanılıb. Yəni otellərə giriş-çıxışdan tutmuş, onların daxili tərtibatı, keyfiyyətinin daha da artırılması, otellərdə yerləşdirmə yerlərinin həmin yarış dövrünə uyğun sinxronlaşdırılması işləri aparılıb. Otellərin o dövrdə maksimum dərəcədə Avropa Oyunlarında qonaqları qəbul etmək üçün hansı əlavə tədbirlər görməkləri ilə bağlı rəylət toplanıb. Azərbaycan Turizm Assosiasiyasında bu məsələ geniş müzakirə olunub. Ümumən aparılan tədbirlərə əsasən rəy ondan ibarətdir ki, otellər qonaqları qəbul etmək üçün hazırlıq vəziyyətinə gətirilib. Burada təhlükəsizlik, otellərə giriş-çıxış məsələsi ilə bağlı, otel otaqlarının idman yarışları üçün uyğunlaşdırılması istiqamətində əlavə tədbirlər də görülüb ki, gələn idmançılar və tamaşaçı qrupu hər hansı bir çətinlik yaşamasın”.

Elçin

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600