Ötən ay 45 mindən çox əcnəbi Azərbaycanda qeydiyyata alınmaq üçün müraciət edib

media-hightechnic-468x90

Avqust ayında 45 min 880 əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycanda olduğu yer üzrə qeydiyyata alınması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət edib.

Bu barədə Yenicag.az-a DMX-dən məlumat verilib.

Bildirilib ki, ötən ay 7 156 əcnəbi Azərbaycan ərazisində yaşama icazələrinin alınması və müddətinin uzadılması ilə bağlı müraciət edib. Həmin dövrdə 204 əcnəbinin vətəndaşlıq məsələləri ilə bağlı müraciəti qeydə alınıb.

Məlumata əsasən, ötən ay Azərbaycanın vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi ilə bağlı 1 190, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olması üçün iş icazəsinin alınması və müddətinin uzadılması ilə bağlı isə 867 müraciət qeydə alınıb./report

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa