Ötən ay kanalda batan gəncin meyiti tapıldı
Mart ayının 3-də Yuxarı Şirvan kanalının Göyçay rayonu ərazisindən keçən hissəsində batan və bir aydan çoxdur ki, axtarışları davam edən şəxsin meyiti tapılıb.
Yenicag.az-ın məlumatına görə, 1995-ci il təvəllüdlü Abdullayev Zamin Elşad oğlunun meyiti FHN-nin Aran Dalğıc Axtarış Qrupu tərəfinfdən az öncə tapılaraq sahilə çıxarılıb.
Meyit aidiyyati üzrə təhvil verilib.
Faktla bağlı Göyçay rayon prokurorluğunda araşdırma başlanılıb./Qafqazinfo/













