Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ötən gün 71 yanğın baş verib - RƏSMİ

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 71 yanğına çıxış, iki halda köməksiz vəziyyətdə qalma və bir nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində bir nəfər xilas edilib.

Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalma faktı üzrə həyata keçirilən xilasetmə əməliyyatı zamanı 1961-ci il təvəllüdlü Yeramin Aleksandr Vladimiroviçin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Həmçinin, Quba rayonunun Alekseyevka kəndində “Mercedes” markalı minik avtomobilinin yol kənarındakı ağaca çırpılması faktı üzrə həyata keçirilən qəza-xilasetmə əməliyyatı zamanı iki nəfərin meyiti deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

www.yenicag.az

123
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100