Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Ötən il 7 məhkum Azərbaycana gətirilib, 25 əcnəbi isə öz ölkələrinə təhvil verilib” - Adil Əbilov

“Bu günə qədər sərhədlər bağlı idi, ekstradisiyaya görə problemlər yaranmışdı”.

Yenicag.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin jurnalistlər ilə birgə keçirdiyi 2020-ci ilin yekunlarına həsr olunmuş videokonfransda çıxış edən Nazirliyin Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Əbilov qeyd edib.

Adil Əbilov vurğulayıb ki, ötən il 25 əcnəbi məhkum öz ölkələrinə təhvil verilib:

“Ötən il xarici ölkələrdən Azərbaycana 7 nəfər ekstradisiya olunub. Ekstradisiya o deməkdir ki, hər hansı şəxs cinayət törədib başqa ölkəyə qaçıbsa, getdiyi ölkə müəyyən edilir və orada həbs olunaraq təhvil verilir.

Bu günə qədər sərhədlər bağlı idi, ekstradisiyaya görə problemlər yaranmışdı. Çünki orijinal məhkəmə sənədləri daxil olmalı idi. Buna görə bir sıra tərəfdaşlarla məsləhətləşmələr aparılıb, elektron sənədləri icraya götürməyi xahiş etmişik.

Bunun nəticəsində Azərbaycanda olan 6 xarici vətəndaş da digər ölkələrə ekstradisiya edilib”.

Gülşən Şərif

Loading...

www.yenicag.az

239