Ötən il Azərbaycanda 38,8 mln. ton neft hasil edilib

media-hightechnic-468x90

2018-ci il ərzində Azərbaycanda proqnozdan 849 900 ton çox olmaqla 38,802 mln. ton neft hasil edilib.

Yenicag.az xəbər verir ki, ötən il ölkədə neft hasilatının həcmi 2017-ci ildən 0,29% və ya 113,1 min ton çox olub.

Hasil olunan neftin 28,722 mln. tonu “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun, 2,540 mln. tonu “Şahdəniz”in (kondensat), 7,540 mln. tonu isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payına düşüb.

AÇG-dən ötən il neft hasilatının həcmi 2017-ci ilə nisbətən 184,4 min ton və ya 0,64% azalıb.

SOCAR üzrə neft hasilatının həcmi 2017-ci ildən 112,9 min ton və ya 1,5% çox olub. “Şahdəniz” yatağından kondensat hasilatının həcmi isə əvvəlki ildən 184,6 min ton və ya 7,84% artıb./Report/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600