Ötən il Naxçıvanda 10 uşaq əməyi istismarı və 6 erkən nikahın qarşısı alınıb
Ötən il Naxçıvanda 10 uşaq əməyi istismarı və 6 erkən nikahın qarşısı alınıb.
Yenicag.az xəbər verir ki, bunu Naxçıvanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova qurumun 2025-ci ildə fəaliyyətinin yekunlarına dair kollegiya iclasında deyib.
O qeyd edib ki, uşaq əməyinin istismarı ilə bağlı Babək rayonunda 9, Kəngərli rayonunda 1 fakt olub:
“Ailə-məişət zəmnində cinayət və digər hüquqpozmaların qarşısının alınması məqsədilə polis orqanlarında profilaktiki qeydiyyatda olan və Komitəyə daxil olan müraciətlərlə əlaqədar 98 münaqişəli ailə ilə görüşlər keçirilib. Ərazi polis orqanları tərəfindən qeydiyyata götürülmüş 46 münaqişəli ailədən 12-də münaqişə dayandığı üçün profilaktiki və digər tədbirlər sonlandırılıb”./Report













