İranın ali dini rəhbəri Ayətullah Əli Xamenei Novruz bayramı münasibətilə canlı yayımda xalqa səslənib.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, dini lider canlı yayımda koronavirus, iqtisadiyyat, sanksiyalar və bu kimi vacib məsələlər haqqında danışıb.
Xameneinin danışığında ən diqqət çəkən məqam isə ABŞ sanksiyalarının İranı dirçəltdiyini deməsi olub.
Dini lider, – “ABŞ-ın tətbiq etdiyi sanksiyalar artıq İranı özü-özünə yetən bir dövlət halına gətirib”, – deyə bildirib.
Xamenei yeni ili “istehsalda sıçrayış ili” elan etdiyini vurğlayıb.