“Öz peşəm öz gələcəyimdir”
Noyabrın 24-də 1 saylı Bakı “ASAN xidmət” mərkəzində “Öz peşəm öz gələcəyimdir” layihəsinin təqdimatı olub.
Tədbirdə “ASAN Könüllüləri” Gənclər Təşkilatı İctimai Birliyinin həyata keçirdiyi layihənin məqsədinin yeniyetmələrə peşə seçimində kömək göstərmək olduğu bildirilib.
Əsasən yeniyetmələri, xüsusilə VI-X sinif şagirdlərini əhatə edən layihə çərçivəsində Bakıda dörd pilot məktəb seçiləcək və 120 şagirdlə (60 qız, 60 oğlan) müxtəlif peşə sahibləri arasında müzakirələr təşkil olunacaq. Sonra gənclər müxtəlif texnoparklara, səhiyyə və təhsil ocaqlarına baş çəkəcək, təlimlərdə iştirak edərək ekspertlərin çalışdığı müəssisələrdə real işlə tanış olacaqlar.
(azertag.com)