Turizm.fins.az Özbəkistan prezidenti Şövkət Mirzəyevin rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, yeni qanun 2021-ci il yanvarın 1-dən etibarən qüvvəyə minəcək.
İlkin olaraq qanunun 2017-ci il aprelin 1-dən etibarən qüvvəyə minməsi planlaşdırılırdı. Lakin sonradan bu qərar ləğv olunub. Buna səbəb maddi-texniki bazanın yaradılması üçün daha çox vaxtın tələb olunması olub.
Qanun lahiyəsinin ölkənin turizminin inkişafına xidmət etdiyi bildirilir. Lakin Özbəkistanın Azərbaycandakı səfirliyindən Turizm.fins.az-a verilən məlumata görə, onlara bu barədə hələki heç bir rəsmi məlumat verilməyib.
Qeyd edək ki, Azərbaycan vətəndaşlarının Özbəkistana səfəri üçün vizaya ehtiyac yoxdur.
Yenicag.Az
www.yenicag.az