Özbəkistan prezidenti İlham Əliyevi Qarabağ zəfəri ilə bağlı təbrik etdi

media-hightechnic-468x90

Özbəkistan prezidenti Şavkat Mirziyoyev prezident İlham Əliyevə zəng edib.

Yenicag.az xəbər verir ki, bu barədə Özbəkistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda Şavkat Mirziyoyevin İlham Əliyevi Azərbaycan Ordusunun Qarabağda əldə etdiyi zəfər münasibətilə təbrik etdiyi bildirilib.

“Dövlətimizin başçısı Azərbaycan Prezidentini Dağlıq Qarabağdakı hərbi əməliyyatların yekunlaşması münasibətilə təbrik etdi, qardaş dövlətin dost xalqına sülh və əmin-amanlıq dilədi. Tərəflər bütün Cənubi Qafqazda sabitliyin bərqərar olacağına ümidlərini bildirdilər”,- deyə məlumatda qeyd edilib.

Dövlət başçıları telefon danışığında ikitərəfli münasibətləri və koronavirus pandemiyası ilə mübarizə məsələlərini də müzakirə ediblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600