Özbəkistanda zəlzələ oldu

Özbəkistanda zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, zəlzələ Cizaq vilayətinin Qalyaral rayonunda qeydə alınıb.
Rixter şkalası ilə 4 ballıq maqnituda ilə qiymətləndirilən yeraltı təkanın ocağı yerin 10 kilometr dərinliyində yerləşib.

Episentri paytaxt Daşkənddən 190 kilometr cənub-qərb istiqamətində yerləşən zəlzələ digər regionlarda hiss olunmayıb.