!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Özbəkistanın aparıcı ali təhsil ocağına Azərbaycana aid nəşrlərdən ibarət kitab kolleksiyası hədiyyə edilib - FOTO

!Reklam – Yazi

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanın köklü ali təhsil ocaqlarından hesab edilən Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetində yeni yaradılmış “Cədidlər kitabxanası”na Azərbaycan dili, tarixi, mədəniyyəti, ədəbiyyatı və s. aid nəşrlərdən ibarət kitab kolleksiyası hədiyyə edilib.

Sözügedən universitetin Özbək Dili və Ədəbiyyatı fakültəsində baş tutan tədbiri fakültənin dekanı dosent Firuzə Burxanova açaraq Mədəniyyət Mərkəzi tərəfindən atılmış bu addımı çox yüksək qiymətləndirib və tələbələrin biliklərinin zənginləşdirilməsi yolunda kitabların xüsusi və vacib yer tutduğunu qeyd edib. Tələbələr arasında Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, dilinə böyük marağın olduğunu bildirən F.Burxanova onların kitabxanasına hədiyyə edilmiş bu kitabların burada oxuyan gənclərin savadının artmasında böyük rol oynayacığını söyləyərək bu nəcib hərəkətdən dolayı Azərbaycan Mədəniyyət Mərkəzinə öz minnətdarlığını bildirib.

Daha sonra çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Nadir Əlmirzəyev Mərkəzin fəaliyyətindən qısa söz açaraq bu fəaliyyət dairəsində kitab nəşrlərinin əhəmiyyətli yerə sahib olduğunu vurğulayıb. Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən yüz iyirmiyə yaxın nəşr layihəsinin gerçəkləşdirildiyini qeyd edən Nadir Əlmirzəyev bundan sonra da Mədəniyyət Mərkəzi tərəfindən mədəniyyətimizə, ədəbiyyatımıza, tariximizə dair əsərlərin özbək dilinə tərcümə edilərək nəşr olunacağını və ali təhsil ocaqlarına, kitabxanalara qarşılıqsız hədiyyə ediləcəyini vurğulayıb. N.Əlmirzəyev Azərbaycan Mədəniyyət Mərkəz tərəfindən iki xalq, dövlət arasındakı ədəbi-mədəni əlaqləri əhatə edən aktual mövzulara aid nəşrlərin bundan sonra da davamlı olaraq həyata keçiriləcəyini qeyd edib.

Çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin nümayəndəsi, filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadə həyata keçirilən son nəşr layihələrindən söz açaraq nəşrlər zamanı əsasən özbək oxucusunun maraqlarına üstünlük verildiyini, özbək xalqı üçün Azərbaycan haqqında maraqlı olan mövzuları əhatə edən nəşr layihələrinin həyata keçirildiyini vurğulayıb. Özbək ədəbiyyatşünaslığı üçün böyük əhəmiyyət kəsb edən Azərbaycan klassiklərinin əsərlərinin demək olar ki, tam şəkildə özbək dilinə tərcümə edilərək nəşr edildiyini vurğulayan K.Məmmədzadə son olaraq Mədəniyyət Mərkəzi tərəfindən böyük Azərbaycan şairi Məhəmməd Füzulinin əsərindən ibarət iki cildlik “Külliyyat”ın da dahi şairin anadan olmasının 530-cu ildönümü münasibətilə özbək dilində yeni redaktə ilə nəşr edilərək klassik ədəbiyyatsevərlərin ixtiyarına verildiyini vurğulayıb. Daha sonra çıxış edən universitetin professoru Şuxrat Məhəmmədov bu kitab kolleksiyasının tələbələr üçün qiyməti bilinməz bir xəzinə və onların yetişməsində əvəzsiz rol oynayacaq bir mənbə olmasını qeyd edib. Çıxış edənlər dosent Məhbubə Orozbayeva tələbə Nəsibə Abduzairova hədiyyə edilən kitab kolleksiyası üçün müəllim və tələbələr adından Azərbaycan Mədəniyyət Mərkəzinə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, hədiyyə edilən nəşrlər əsasən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən özbək dilinə tərcümə edilərək çap edilmiş kitablardır. Bunlar arasında Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən nəşrlər, Klassik Azərbaycan ədəbiyyatı nümayəndələri, Azərbaycan mədəniyyət, ədəbiyyatı, incəsənəti, tarixi, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, Azərbaycan-özbək dillərinə aid lüğətlər, dərs vəsaitləri, danışıq kitabları və s. nəşrlər yer almaqdadır.

COP29

www.yenicag.az

169
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv