!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Özünə arzulamadığını başqasına etmə”-Günel İbrahim

!Reklam – Yazi

14331677_1337594349591642_356081379_n“Nə iş görməsindən, hansı sənət sahibi olmasından asılı olmayaraq özünü ifadə etmək qabiliyyətinə sahib olan insan uğura imza atır”

Müasir cəmiyyətdə etik davranışlar da mühüm yer tutur. İnsanlar arasında ünsiyyətdə. Etik davranış prosesində  məktəb və cəmiyyətin böyük rolu vardır.  Məktəb və cəmiyyətdə etik münasibətlərlə bağlı məsələləri çözmək üçün Yenicag.az saytı olaraq Etika Akademiyasının prezidenti Gunel İbrahimə müraciət etdik. İlk sualımız məktəblərdə davranışların necə olması barədə oldu.

– Etika Akademiyası peşəkar etik davranışlar barədə məlumat verən vahid mərkəzdir. Əsas məqsədimiz bu sahə üzrə dəyərlərə sadiq qalaraq milli kadrlar yetişdirməkdir.  Bu istiqamətdə müasir yanaşmalara üstünlük veririk. Uğur ailəsi, iş ailəsi kimi onu ifadə etməyi öyrətmək üçün Böyük Britaniyanın aparıcı universitetlərinin inkişaf proqramlarını da tətbiq edirik.  Bir adam niyə salam verməlidir? Ayaq üstə qalxma özünü ifadə etməkdə insana necə kömək edəcək? Salam verənə birinci kim əl uzadır? Bütün bu məfhumlar insanın cəmiyyətdə inkişaf etməsi,  özünü doğru ifadə edə bilməsi üçün çox vacibdir.   Nə iş görməsindən, hansı sənət sahibi olmasından asılı olmayaraq özünü ifadə etmək qabiliyyətinə sahib olan insan uğura imza atır. Etika doğru ifadə etmək qabiliyyətinə sahib olmaq deməkdir.  Məktəblərdə dərnəklərimiz uşaq və yeniyetmələrə nitq qabiliyyətinin inkişafı, özünü ifadə edə bilməsi üçün düzgün ifadələrin seçilməsi, narazılıqlarla iş qabiliyyəti, narazılığı necə doğru kontekstdə edərək özünü düzgün ifadə etmək bacarığını öyrədirik. Müəllimlərimiz 3 dil, ingilis, azərbaycan və rus dillərini bilir.  Onlar 3 mərhələdən keçməklə ekspert dərnəklərinə cəlb olunublar.  Mərkəzimiz yalnız 6-16 yaş deyil, 16+75 yaşa qədər bütün fərdi inkişaf proqramlarını da tədris edir. Məsələn, natiqlik, layihələrin yazılması və idarə edilməsi və s. Ayrıca olaraq menecmentlik kursları, idarə etmə sisteminin öyrədilməsinə, komanda işinin təşkilinə  də xüsusi önəm veririk. Özünə arzulamadığını başqasına etmə. Akademiya  Böyük Britaniyanın aparıcı institut və universitetlərinin müəllimlərinin son ixtiralarına istinad edərək təhsil mexanizmlərini bu sistemə qataraq milli kadr yetişdirmək istiqamətində işlər görür.  Son iki il ərzində  yaş həddi 16+ olmaqla 2 mindən artıq, minə yaxın da 6-16 yaş arasında tələbəmiz olub. 360 nəfərə bir il müddətində özlərini ifadə etmək qabiliyyətinə sahib olduqları üçün iş tapmaqda yardımçı olmuşuq.   Yalnız çox dəyərli kadrlar işdə qalır. Ona görə də əvəz edilməzlik alətinə sahib olmağın zamanıdır və biz bu alətlərlə insanları tanış edirik.

– Orta məktəbdə şagird, müəllim və valideyn arasında olan münasibətlər necə tənzimlənməlidir?

– Bir həftə öncə Təhsil Nazirliyi nəzdində  Müəllimlərin Təkmilləşdirmə İnstitutunun dəvətilə  etik davranışlar üzrə 37 məktəb direktoruna  təlimlər keçdik. Bu təlimlərdə ən çox seçilən mövzu ilk dəqiqələrdə direktorla məktəbin doğru təsüratının yaradılması idi.  Müəllimlər maraqla bu təlimlərdə iştirak etdilər və çox da bəyəndilər.  Məktəbdə ən çox tələb olunan sahə təbii ki, ünsiyyət və təhsil mexanizmləri barədə olan təlimlərdir.  Müəllimlərə nəzakət qaydaları və narazılıqlarla iş metodunu öyrədirik.  Bunlar valideyn və ya şagirdlərlə ünsiyyət zamanı hər hansı bir narazılığı  yüksək səviyyədə cavablandırmağı bacarmaq  üsullarıdır.  Bir var ağıllı insan böyüdürsən, amm ağıllı insan ağıllı canavar da ola bilər.  Bir insanın dəyərlərə sahib olmasından sonra biliklərə sahib olmasını yaşatmaq çox vacibdir. Valideynlər də uşağın üzərində güzgü kimi rol oynayırlar. Təbii ki, bu yalnız valideynlə müəllimlərin bir tərəfli daşıyacağı məsuliyyət deyil.  Uşaq bilsə ki, müəllim bir ayna, valideyn də bir güzgüdür, hansı əksi görürsə onu da özündə həkk edəcək. Məktəblərdə ən böyük tövsiyəm uşaqlara fərdi yanaşmanı təkmilləşdirməkdir, kollektiv yanaşmaya çox üstünlük vermirik. Azərbaycanlı fərdi yanaşmanı rahat qəbul edir. Məsələyə fərd olaraq yanaşmaq, tələbələrin adını əzbərləmək lazımdır, ona adlarla müraciət etmək lazımdır.

– Cəmiyyətdə etik davranışlar sahəsində nə kimi problemlər yaşanır?

– Ailə institutu və cəmiyyət dəyərləri vardır. Ailə institutu sahəsində bir çox ölkələrə nümunəyik.  Amma bəzən görürük ki, ailədə olan qoruduğumuz dəyərləri qapıdan çölə çıxan kimi, cəmiyyətdə əks etdirə bilmirik.  Amma Avropa cəmiyyətdə  yüksək dəyərlərə sahib olsa da, onu ailə institutunda tətbiq edə bilmir.  Biz yanlız cəmiyyətdə olan uğurları Avropadan götürməklə müştəriyə qonaq kimi davranmaq, tələbəyə fərd kimi yanaşmağın təkmilləşdirilməsinə ehtiyac olduğunu düşünürük.  Ailə dəyərlərini cəmiyyətdə də tətbiq etməyin tərəfdarıyıq.  Eurovision-2012-də 800 nəfərə təlim verən bir insan kimi deyə bilərəm ki, ən böyük məsələ Azərbaycan gəncinin simasını cəmiyyətdə yaratmaqdır.  Azərbaycan gəncliyinin bu günkü etik portreti onun tolerant, ixtiraçı, yaradıcı olmasıdır.  Düşünürəm ki, fərdi inkişaf proqramlarına üstünlük verərək bir çox nailiyyətlərimizə daha qısa yolla çatmağı bacaracağıq.

14388844_1337594809591596_1895694806_n– Yeniyetmələr arasında hansı maariflənmə işləri aparılmalıdır?

– Ən böyük problem yeniyetmələrin ölkə və iş həyatına adaptasiya olunmasıdır.  20-22 yaşlı gənclərə məşqlər keçərək onlara yardım edir və daha sonra tövsiyyə məktubu ilə bir çox şirkətlərə göndəririk. Amma 18-20 yaşlı yeniyetmənin bir nömrəli problemi həyatda məktəbin təyinatı, arzu ilə hədəfin qarışdırılmasıdır. Arzu həyata keçə də, keçməyə də bilər.  Amma arzunu həyata keçirdiyiniz zaman onun həyata keçmə dövrü 3 ilə qədər olur. Bir gənc zamanını idarə edə, asudə vaxtını düzgün təşkil edə, əsas məsələni təcili məsələdən ayıra bilirsə, 3 ildə güclü nailiyyətlərə imza atacaq. Gəncləri arzu və motivasiya kimi təlimlərə cəlb etməyə çalışırıq.  Akademiyanın proqramlarında ən çox tələb olunan motivasiyadır.  Azərbaycanda özü-özünü motivasiya etmə üsullarını da öyrədirik. Ailədə düzgün olmayan şey baş verirsə, cəmiyyətdə problem varsa, gənc bu fonda özünü necə xilas edə bilər kimi təlimlər də keçirik.  Düşünürəm yaxın 2-3 ildə bu proqramdan bir çox insanlar yararlana biləcək.

10455646_864856476865434_1581666736920632034_n–  Qərbdə bu məsələlər necə tənzimlənir və bizim  üçün hansı model daha uygundur?

– Bizim model elə Qərb modelidir. Böyük Britaniyanın aparıcı institutlarından götürülən bir modeldir. Etik İnstitutu ABŞ, Avropanın bir çox ölkələrində var, Azərbaycanda isə birinci və hələki ilkdir və bizim qurum etikaya akademik yanaşmanı təlqin edir. Yəni bir gənc ola bilər ağılı, savadı ilə diplom əldə etsin. Amma öz biliyini ilk iş müsahibəsində həyəcandan təqdim edə bilməyə də bilər.  Yaxud uğurlu iş adamı müəyyən bir krizisdən sonra yenidən ayağa qalxa bilmir. Ona ikinci nəfəs vermək kimi fərdi inkişaf mərkəzləri hər yerdə var. Hazırda onun üzərində işləyirik ki, Etika Akademiyası olaraq ayrıca deyil, məktəb, universitet və koorporativ şirkətlər nəzdində də mövcud ola bilək. Məşqçilərimiz növbəti mərhələyə keçməkdə yardımlar edir. Ölkəmiz üçün bu sahədə ən yaxşı model elə fərdi inkişaf cəmiyyəti və kurslarıdır. Birinci məqsədimiz əl çatan sistemə sahib olmaqdır.

Elçin/Yenicag.az

COP29

www.yenicag.az

2600
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv