Özünüməşğulluq proqramı ilə bağlı şikayətlərə Agentlikdən AÇIQLAMA

media-hightechnic-468x90

Son günlər redaksiyamıza Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi Özünüməşğulluq Proqramına qəbul, növbəlilik və aktivlərin verilməsi prosesində yaranan problemlərlə bağlı bir sıra vətəndaş şikayətləri daxil olub.

Yenicag.az olaraq, vətəndaşları narahat edən bu məsələlərə aydınlıq gətirmək məqsədilə Agentliyə rəsmi sorğu ünvanladıq.

Agentliyin açıqlamasına görə, Özünüməşğulluq Proqramı kiçik biznes qurmaq istəyən, əmək qabiliyyətli və işsiz kimi qeydiyyatda olan şəxslərin ailə təsərrüfatı yaratmasına dövlət dəstəyi göstərir

Proqram çərçivəsində aztəminatlı ailələrə dövlət vəsaiti hesabına natura şəkildə aktivlər heyvandarlıq, arıçılıq və digər istehsal sahələri üzrə mal və materiallar təqdim edilir.

 Proqrama yalnız işsiz kimi qeydiyyata alınmış şəxslər və pay torpağı olub, digər məşğulluğu olmayan işaxtaranlar müraciət edə bilər.

Özünüməşğulluq üçün uyğun hesab olunan şəxs növbəyə daxil edilir. Agentlik qeyd edir ki, növbəlilik sadəcə müraciət tarixi ilə deyil, həm də aşağıdakı xüsusi meyarlar əsasında bal sistemi ilə müəyyənləşdirilir:

Ünvanlı sosial yardım alması, əlillik dərəcəsi, 18 yaşınadək sağlamlıq imkanı məhdud uşağın olması, bir ildən artıq işsiz kimi qeydiyyatda qalması , pensiya yaşına iki ildən az qalmış olması, cəzaçəkmə müəssisəsindən azad olunmuş olması, şəhid ailəsi üzvü olması.

Hər meyara uyğun olaraq bal verilir və növbə siyahısı formalaşdırılır.

Agentlik bildirir ki, vətəndaşlar aktivlərlə təmin edilməzdən əvvəl təlim kurslarında iştirak edir, biznes-plan hazırlayır və müdafiə edirlər. Təlimlər bitdikdən sonra fəaliyyətə başlamaq üçün hazırlıq səviyyəsi qiymətləndirilir.

Aktivlər təqdim olunduqdan sonra bir il ərzində monitorinq aparılır. Şəxsin fəaliyyəti təsdiqlənmiş biznes-plana uyğun olarsa, həmin əmlak müqavilə müddətinin sonunda vətəndaşın tam mülkiyyətinə keçir.

Dövlət Məşğulluq Agentliyi əlavə edib ki, müraciətlərin çoxluğu səbəbindən növbəlilik uzana bilər, lakin bütün seçim prosesi şəffaf meyarlar əsasında aparılır.

Samir Məcid

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa