Tarixi serial bazarında SÜKUNƏT: “İki səbəb var, biri maliyyə, digəri...”

media-hightechnic-468x90

“Biz tarixi serialları onlardan min dəfə yaxşı çəkə bilərik”.

Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış rejissor Tahir Tahiroviç deyib.

Rejissor “Azərbaycanda niyə tarixi seriallar çəkilmir” sualını cavablandırıb və səbəbləri açıqlayıb:

“Tarixi serialların çəkilməməsi üçün iki səbəb var: televiziya rəhbərlərinin maraq göstərməməsi və maliyyə… Açığı, deyim ki, Türkiyədə çəkilən tarixi serialları o qədər də bəyənmirəm. Biz tarixi serialları onlardan min dəfə yaxşı çəkə bilərik. Heç hələ orta və yaşlı nəsli demirəm, gənc nəsil ortaya keyfiyyətli iş qoya bilər. Həm televiziya, həm də kino sahəsində bizim çox istedadlı rejissor, ssenarist, eləcə də operatorlarımız var. Sadəcə olaraq tarixi seriallara yiyə çıxmaq lazımdır.

Dövlət sifarişi öz yerində, əsas olan televiziya rəhbərlərinin marağıdır. Sonda yenə səbəb gəlib maliyyənin üzərində dayanır. Bizdə vaxtilə tarixi televiziya tamaşaları çəkilib. Məsələn “Fatehlərin divanı”, “Teymurləng” və digərləri… Çox gözəl də tamaşalardır. Yəni demək istəyirəm ki, bizdə bu ənənə var. Sadəcə olaraq qalıb televiziya rəhbərlərinin bu işə maraq göstərməsi”.

Cəvahir

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa