!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Özünü 9-cü mərtəbədən atan gəlinin rəfiqəsi danışdı

!Reklam – Yazi

5659Bir neçə gündür ki, Bakıda evi yandırıb, özünü 9-cu mərtəbədən ataraq intihar etdiyi deyilən Könül Adıgözəlova ilə bağlı müxtəlif məlumatlar yayılır

Könül Adıgözəlovanın rəfiqəsi Ramilə Həmidova hadisə barədə fərqli məlumatlar verib. Ramilə Həmidovanın sözlərinə görə, intihar edən Könül Adıgözəlova ilə uzun müddət yaxın rəfiqə olub.

Bir yerdə böyüyən rəfiqələr ailə qurduqdan sonra da ünsiyyəti davam etdiriblər: “Konul yaxin rəfiqəm idi. Həm də atasıgıllə çox yaxın qonşu olmuşuq. Sonra onlar köçdülər. Amma münasibətimiz əvvəlki kimi qaldı. Mən hazırda Sankt-Peterburqda yaşayıram. Hadisəni atam və bacım danışdı. Çox üzüldüm, olduqca acıverici hadisədir”.

Ramilə Həmidovanın sözlərinə görə, Könülün gəlin olduğu ailədə problemləri olub. İki rəfiqə dəfələrlə Könülün həyat yoldaşı və qayınanası tərəfindən onu incitdikləri barədə söhbət ediblər.

Hətta ailədəki söz-söhbətlərdən çoxunun Könülgilin ailəsinin xəbəri olmayıb: “Könülün atası qızına zülmlərlə bağlı hələ az danışıb. Həyat yoldaşıgilin ailəsi daha çox zülm veriblər ona. Dəfələrlə ona məsləhət gördüm ki, oğlandan ayrılsın. Amma eşitmədi məni. Oğlanı anlaya bilmirəm”.

Mətbuatda gəlinin intihar etdiyi yox, öldürüldüyü barədə məlumatlara gəlincə, Ramilə Həmidova bu barədə danışmaq istəməyib.

O, hadisənin əsl detallarını gizlətməyə çalışsa, da ünsiyyət zamanı şübhəli ifadələr işlədib: “Yox, danışa bilmərəm. Yəni, buna haqqım catmir. Valideynlərin, qardaşının buna haqqı çatir. Əvvəl yazmışdılar ki, evi yandırıb, ancaq yalandır. Oğlanın anası deyibmiş. Ancaq evdə hec zərrə qədər də tüstü olmayib”.

Xatırladaq ki, 8-ci kilometr bazarının arxasında yerləşən 9 mərtəbəli binaların birindəki yanğın bir nəfərin ölməsinə səbəb olub. Məlumatlara görə, 1983-cü il təvəllüdlü Adıgözəlova Könül Əli qızı yanğın zamanı həyəcanlanıb və nəticədə özünü yaşadığı binanın 9-cu mərtəbəsindən atıb.

Mərhumun ailəsinin verdiyi məlumata görə isə, evdə baş vermiş yanğını K.Adıgözəlovanın özü səbəb olub. O, qayınanası yatan zaman evdə olan cehizlərini yandırıb və daha sonra özünü 9-cu mərtəbədən atıb.

İntihar edən K.Adıgözəlovanın atası bildirib ki, artıq iki ilə yaxındır ki, qızının ailəsində problemlər yaşanırdı: “Qızımı onlar öldürdü. İki ildir ki, qızıma əziyyət verirdilər, günahkar onlardır”(cebhe.info).

www.yenicag.az

580
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv