Pakistanda “20 yanvar bulağı” açıldı

media-hightechnic-468x90

87635Cari ilin 15 yanvar tarixində Heydər Əliyev Fondunun dəstəyi və təşəbbüsü ilə Pakistanın Pəncab əyalətinin Qucarxan bölgəsində “20 Yanvar Şəhidləri Bulağı”-nın açılış keçirilib.

Yenicag qafqazinfo-ya istinadən məlumat verir ki, Qucurxan şəhərinin İbn-e-Xaldun Akademiyasında təşkil olunmuş tədbirdə Akademiyanın rektoru, müəllim-tələbə heyəti, tanınmış ziyalılar, media mənsubları, televiziya kanalları, Azərbaycanın Pakistandakı səfiri və səfirliyin əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən bölgə bələdiyyəsinin rəisi Raja Rizvan Nazim, İbn-e-Xaldun akademiyasının rektoru Qazi Məhəmməd İmran, Təhsil nazirliyinin təmsilçisi Məhəmməd Azad və tanınmış siyasətçi Muştaq İştiaq Çoudri 20 Yanvar faciəsindən danışıb, sovet ordusunun amansız aksiyası zamanı müxtəlif din və millətlərə məxsus 100 nəfərdən çox günahsız insanların qətlə yetirildiyini bildiriblər.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600